İstifadəsinə göstərişlər
Anfran inyeksiyası sitotoksik kimyaterapiya və radioterapiya nəticəsində baş verən ürəkbulanma və qusmanın müalicəsi üçün istifadə olunur.
Anfran inyeksiyası, həmçinin, əməliyyatdan sonra baş verə bilən ürəkbulanma və qusmanın qarşısının alınması və müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası
Anfran oral tətbiq oluna bilir ki, bu da onun təyinatı və dozalanmasının asanlaşmasına imkan verir.
Ampulada buraxılan preparatı saxlamaq olmaz, ampula açılan kimi ya inyeksiya, ya da infuziya şəklində birdəfəlik istifadə olunmalıdır və qalan miqdar isə tullanmalıdır.
Anfran ampulaları avtoklav olunmur.
Kimyaterapiya və radioterapiya nəticəsində baş verən ürəkbulanma və qusma
Böyüklərdə
Xərçəngin müalicəsində tətbiq olunan kimyaterapiya və radioloji terapiyada istifadə edilən preparatların dozası və kombinasiyasından asılı olaraq emetogen (qusmatörədici) təsir müxtəlif dərəcədə ola bilər.
Anfran inyeksiyasının doza intervalı gün ərzində 8-32 mq olub, aşağıda göstərildiyi kimi seçilir:
Emetogen təsirli kimyaterapiya və radioloji terapiyada
Venadaxili və ya əzələdaxili məsləhət görülən dozası müalicədən bilavasitə əvvəl asta sürətlə 8 mq Anfran yeridilməsidir.
Ilk 24 saatdan sonra gecikmiş və ya uzanan qusmaların qarşısını almaq üçün oral təyini məsləhətdir.
Yüksək dərəcəli emetogen təsir göstərən kimyaterapiyada
Yüksək dərəcəli emetogen kimyəvi terapiya alan (məsələn, Sisplatin) xəstələrə Anfran müalicədən bilavasitə əvvəl birdəfəlik doza kimi 8 mq venadaxili və ya əzələdaxili təyin oluna bilər. Anfran 8 mq-dan çox, eləcə də 32 mq-a qədər təyin olunduqda, ancaq infuziya məhlulları ilə (məsələn, fizioloji məhlul və ya digər müvafiq infuzion məhlullar – Farmakoloji profilaktikaya baxın) 50-100 ml durulaşdırılaraq, 15 dəqiqədən tez olmayaraq vena daxilinə yeridilə bilər.
Alternativ olaraq, Anfran kimyəvi terapiyadan bilavasitə əvvəl birdəfəlik doza kimi 8 mq venadaxilinə asta sürətlə və ya əzələdaxili təyin oluna bilər və növbəti 8 mq dozada istifadəsi venadaxili və ya əzələdaxili təyini 2-4 saat fasilə ilə davam etdirilə bilər, yaxud 24 saata qədər 1 mq/saat tezliyi ilə sabit infuziya aparıla bilər. Doza rejiminin seçilməsi emetogen halın kəskinliyi ilə müəyyənləşdirilə bilər.
Yüksək dərəcəli emetogen təsir göstərən kimyəvi terapiya zamanı Anfranın təsirini gücləndirmək üçün müalicədən bilavasitə əvvəl əlavə olaraq, vena daxilinə birdəfəlik 20 mq Deksametazon natrium fosfat yeritmək olar.
Oral təyinat ilk 24 saatdan sonra gecikmiş və ya uzanan qusmaların qarşısını almaq üçün məsləhətdir.
Uşaqlar və yeniyetmələr (6 ay-17 yaş)
Bədən səthinin ölçüsü 0,6-1,2 m2 olan uşaqlara Anfran bilavasitə kimyəvi terapiyadan əvvəl 5 mq/m2 vena daxilinə birdəfəlik doza şəklində təyin olunur ki, bu da 12 saatdan sonra oral 4 mq doza ilə davam etdirilir. Oral olaraq 4 mq olmaqla gündə iki dəfə təyinatı müalicə kursundan sonra 5 günə qədər davam etdirilə bilər.
Bədən səthinin ölçüsü 1,2 m2-dən çox olan uşaqlara Anfran bilavasitə kimyəvi terapiyadan əvvəl vena daxilinə ilkin doza 8 mq təyin olunur ki, bu da 12 saatdan sonra oral 8 mq doza ilə davam etdirilir. Oral olaraq 8 mq olmaqla gündə iki dəfə təyinatı müalicə kursundan sonra 5 günə qədər davam etdirilə bilər.
Alternativ variant kimi, 6 aylıq və daha böyük uşaqlara bilavasitə kimyəvi terapiyadan əvvəl vena daxilinə birdəfəlik doza şəklində Anfran 0,15 mq/kq dozada (8 mq-dan çox olmamaqla) təyin olunur. Bu doza hər 4 saatdan bir 3 total doza kimi təkrarlana bilər. Oral olaraq 4 mq olmaqla gündə iki dəfə təyinatı müalicə kursundan sonra 5 günə qədər davam etdirilə bilər. Böyüklərin dozasından çox istifadə olunmamalıdır.
Yaşlılarda
Anfran 65 yaşdan yuxarı yaşlarda da yaxşı qəbul olunur; dozaları, onların tezliyi və təyinatı yolunu tənzimləməyə ehtiyac yoxdur.
Əməliyyatdan sonra baş verən ürəkbulanma və qusma
Böyüklərdə
Əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın profilaktikası üçün Anfranın məsləhət görülən dozası anesteziyanın induksiyası zamanı vena daxilinə asta sürətlə, yaxud əzələ daxilinə 4 mq birdəfəlik inyeksiyasıdır.
Əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın müalicəsi üçün vena daxilinə asta sürətlə, yaxud əzələ daxilinə 4 mq birdəfəlik inyeksiyası məsləhət görülür.
Uşaqlarda
Ümumi anesteziya altında cərrahi əməliyyata məruz qalan pediatrik xəstələrdə əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın profilaktikası və müalicəsi üçün Anfran anesteziyanın induksiyasından əvvəl və ya induksiya vaxtı, eləcə də əməliyyatdan sonra vena daxilinə asta sürətlə 0,1 mq/kq-dan maksimum 4 mq-a qədər təyin oluna bilər.
Yaşlılarda
Əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın profilaktikası və müalicəsi üçün yaşlılarda məhdud sayda təcrübədən keçirilmişdir, amma kimyəvi terapiyaya məruz qalan yaşı 65-dən yuxarı olanlarda Anfran yaxşı qəbul olunur.
Böyrək çatışmazlığı olan xəstələrdə
Gündəlik dozaları, onların tezliyi və təyini yolunu tənzimləməyə ehtiyac yoxdur.
Kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə
Orta ağırlıqda və ya kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə Anfranın klirensinin əhəmiyyətli dərəcədə azalır və eliminasiya yarımömrü nəzərəçarpacaq uzanır. Belə xəstələrdə Anfranın total gündəlik dozası 8 mq-dan çox olmamalıdır.
Spartin və Debrizohin metabolizmi zəif olan xəstələrdə
Spartin və Debrizohin metabolizmi zəif olan xəstələrdə Anfranın eliminasiya yarımömrü dəyişilmir. Beləliklə, bu xəstələrdə Anfranın təkrar dozalarının tətbiq edilməsi nəticəsində preparatın ekspozisiya dozası digər insanlarla müqayisədə fərqli olmayacaq. Gündəlik doza və onun tezliyinin tənzimlənməsinə ehtiyac olmur.
Doza həddinin aşılması
Anfranın doza həddinin aşılması barədə məlumatlar məhduddur. Əksər hallarda ortaya çıxan simptomlar artıq məlumat verilmiş məsləhət görülən dozalarda ortaya çıxan simptomlarla oxşardır (Əlavə təsirlərə baxın). Anfranın spesifik antidotu yoxdur, buna görə doza həddinin aşılmasına şübhə olduqda, müvafiq simptomatik və dəstəkləyici terapiya aparılır.
Anfranın doza həddinin aşılmasına görə İpekakuana tətbiq edilməsi məsləhət görülmür, belə ki, Anfranın antiemetik təsirindən xəstələr bu preparata cavab reaksiyası vermir.
Buraxılış forması
2 ml (4 mq ondansetron hidroxlorid) və ya 4 ml (8 mq ondansetron hidroxlorid) inyeksiya məhlulu, kəhrəba şüşə ampullarda. 5 və ya 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Müraciət üçün fomru doldurun.