İstifadəsinə göstərişlər
Preparata həssas olan mikroorqanizmlər ilə törədilən infeksiyalar zamanı.
LOR-orqanlarının infeksiyaları (sinusit, otit və s.)
Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları (bronxit, pnevmoniya)
Dəri və yumşaq toxumaların infeksiyaları
Sidik-cinsiyyət sisteminin infeksiyaları
H. pylori-nin eradikasiyası
Endokarditin profilaktikası
Cərrahi infeksiyaların profilaktikası
Sümük və oynaq infeksiyaları
Əks göstərişlər
Anamnezindә beta-laktamlara, mәsәlәn, penisillinlәrә vә sefalosporinlәrә qarşı yüksək həssaslığı olan xәstәlәrә əks göstərişdir.
Böyrək çatışmazlığı olan şəxslərdə dozalanmaya nəzarət edilməlidir.
Xüsusi göstəriş və ehtiyat tədbirləri
Amoksisilinlə müalicәyә başlamazdan әvvәl penisillinlәrә, sefalosporinlәrә vә ya digәr allergenlәrә qarşı әvvәllәr baş vermiş yüksək həssaslıq reaksiyaları diqqətlə araşdırılmalıdır. Penisillin müalicәsi alan xәstәlәrdә ciddi və bəzən ölümcül hiperhәssaslıq reaksiyaları (anafilaktoid və ağır dəri әlavә tәsirlәri daxil olmaqla) barәdә mәlumat verilmişdir. Bu reaksiyaların anamnezindә penisillinә yüksək həssaslığı olan şәxslәrdә baş vermə ehtimalı daha yüksəkdir.
Amoksisilinin istifadəsi zamanı Psevdomembronoz kolit üçün xas olan ağır diareyanın yaranması, xüsusi tədbirləri keçirmək üçün əsas sayıla bilər. Bu zaman amoksisillinlə müalicə dayandırılmalıdır.
Böyrək çatışmazlığı olan şəxslərdə dozalanmaya nəzarət edilməlidir. Diurezi azalmış xәstәlәrdә çox nadir hallarda әsasәn parenteral terapiya zamanı kristalluriya müşahidə edilmişdir.
Bir sıra dərmanların – antikoaqulyantlardan olan varfarinlə istifadəsi zamanı dozalanmaya nəzarət edilməlidir. Həmçinin metotreksat istifadə edən şəxslər amoksisillin qəbulu ilə həkim məsləhəti olmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Eyni vaxtda Probenesidin istifadәsi həkim nəzarəti altında olmalıdır. Probenesid amoksisillinin böyrək kanalcıqlarından sekresiyasını azaldır, bu zaman amoksisillin yarımxaricolunma vaxtı uzanır.
Amoksisillinlә müalicə zamanı allopurinolun eyni vaxtda istifadəsi dəri-allergik reaksiyasının başvermə ehtimalını artıra bilər.
Mikofenolat mofetil qəbul edən xәstәlәrdә peroral amoksisillin qəbulunun başlanmasından sonra mikofenol turşusunun aktiv metabolitinin konsentrasiyasının tәxminәn 50% azaldığı bildirilmişdir.
Asenokumarol və ya varfarin ilə müalicə olunan və amoksisillin kursu təyin olunan zaman xәstәlәrdә beynәlxalq normallaşdırılmış nisbətin yüksəlməsinin nadir halları təsvir edilmişdir.
Bakteriostatik təsirli (tetrasiklin qrupuna aid olan antibiotiklər, makrolidlər və xloramfenikol) preparatlar, amoksisillinin bakterisid effektini neytrallaşdıra bilərlər. Aminoqlikozidlər ilə eyni zamanda təyin edilməsi sinergik effekt yarada bilər. Amoksisillin ilə birgə peroral kontraseptivlərin qəbulu, onların effektini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlikdə amoksisillin preparatına ciddi göstəriş olduqda istifadə etmək olar. Az miqdarda amoksisillin ana südü ilə xaric olur və bu uşaqda sensibilizasiya əlamətlərini yarada bilər. Laktasiya dövründə istifadə olunmamalıdır.
Nəqliyyat vasitəsinin və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat xəstənin psixo-fiziki vəziyyətinə təsir etmir, avtonəqliyyatı idarəetmə və mexanizmlərlə iş qabiliyyətini pozması barəsində məlumat yoxdur.
İstifadə qaydası və dozası
Preparatın dozası individual şəkildə təyin edilir, xəstənin yaşı, böyrəklərin funksiyası, törədicinin preparata qarşı həssaslığı və xəstəliyin gedişi nəzərə alınır. Preparat yeməkdən asılı olmadan təyin edilir.
Buraxılış forması
10 kapsul blisterdə. 10 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
250C temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şəraiti
Resept əsasında buraxılır.
Müraciət üçün fomru doldurun.